Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Qəbələ şəhərində təltifetmə mərasimi təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  Sənətin varsa, Sənədin olacaq layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib. 

 

Qəbələ şəhərində təşkil olunan tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərlə yanaşı regionda fəaliyyət göstərən işəgötünən nümayəndələr də iştirak edib. Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi, işəgötürənlərin prosesdəki rolu və maraqları barədə təqdimatla çıxış edib.

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan Sənətin varsa, sənədin olacaq layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. 

 

Tədbir zamanı “Baytar texniki” peşə ixtisası üzrə Qiymətləndirmə Komissiyasının üzvü Vüsal Abbasova prosesdəki səmərəli əməkdaşlığına görə təşəkkürnamə təqdim edilib. 

 

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.