TKTA və “Vision Academy” Təhsil Mərkəzi arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Əməkdaşlıq Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində müəssisənin müvafiq ixtisas üzrə ayrılacaq istehsalat bazasında imtahanların təşkil olunması ilə əlaqədar razılıq əldə edilib. Eləcə də, sözügedən müəssisənin sahə üzrə mütəxəssisləri Qiymətləndirmə Komissiyasına ekspert qismində cəlb olunacaqdır.
Qurulan əməkdaşlığın əsas məqsədi sözügedən fəaliyyət istiqaməti üzrə əmək bazarından ixtisaslı kadrların prosesə cəlb edilməsi, imtahan prosesində təşkilati dəstək göstərilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsidir.
Qeyd edək ki, cari ildə qiymətləndirilməsi və tanınması həyata keçirilən ixtisaslar üzrə əməkdaşlıq etmək istəyən müəssisələr qfitt@tkta.edu.az elektron ünvanından və yaxud yazılı formada rəsmi müraciət edə bilərlər.