Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında təlim sahəsində xidmətlərin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən universitetin inzibati struktur rəhbərləri və akademik heyət üzvləri üçün xarici keyfiyyət təminatına dair təlim təşkil edilib.
Təlim müddətində universitetin inzibati struktur rəhbərlərinə və heyət üzvlərinə özünütəhlil hesabatının hazırlanmasına dair ətraflı məlumat verilərək heyət üzvlərinin sualları cavablandırılıb.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.