Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib.
Sözügedən tədbirdə Agentliyin nümayəndələri və qiymətləndirmə prosesində uğurlu nəticə əldə edən ərizəçilər iştirak edib. “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə təşkil olunan imtahan PAŞA Holdingin sponsorluğu və “TexnoLab MMC”-nin təşkilati dəstəyi ilə həyata keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Agentlik nümayəndələri formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.