Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Türkiyənin "Yükseköğretim Kalite Kurulu" arasında onlayn görüş keçirilib
Title

5 mart 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Türkiyənin "Yükseköğretim Kalite Kurulu" arasında onlayn görüş keçirilib.

Görüş zamanı ali təhsil müəssisələrinin institusional akkreditasiya prosesində qarşılıqlı əməkdaşlıq, proqram akkreditasiyasında təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd olunan mövzular üzrə təfərrüatlı müzakirənin davam etdirilməsi məqsədi ilə TKTA heyəti cari ilin 25-26 aprel tarixində Ankara şəhərində YÖKAK-ın təşkilatçılığı ilə keçiriləcək “Beynəlxalq Keyfiyyət Təminatı və Akkreditasiya Konfransı”na dəvət olunub.