Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında görüş keçirilib
Title

24 avqust 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında onlayn görüş keçirilib.

 

Görüşdə “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin konsaltinq komandasının üzvləri Veronica Omeni, Habib Fardoun, Nilly Castano və Zaeem Siddiqui, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Agentliyin Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi Zülfiyyə Şəfiyeva iştirak edib.

 

Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması istiqamətində qarşıda duran hədəflər barədə tərəflər arasında fikir mübadiləsi aparılıb.