Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib
Title

10.07.2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi  ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında görüş keçirilib. 

 

Görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasına yönəlmiş mühüm təşəbbüs olan  #CodeforFuture  layihəsinin gələcək inkişafının müzakirəsi olub.
 

#CodeforFuture  layihəsinin və əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi görüşdə Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova İT sahəsinin ildən-ilə inkişaf etdiyini, yeni əməkdaşlıqlar və bu kimi  layihələr tələbələrin  İT karyerası üçün lazımi bilik və bacarıqlar əldə etməyinə və yüksək ixtisaslı mütəxəssislərə artan tələbatı ödəməyə imkan verdiyini qeyd edib.

Görüşdə, eləcə də TKTA ilə İRİA arasında
   əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, İRİA 2023-cü ildən etibarən  #CodeforFuture layihəsinin inkişafına fəal dəstək göstərir.