İyulun 13-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə dünyanın aparıcı şirkətlərindən biri olan “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığa dair onlayn imzalanma mərasimi həyata keçirilib.
“Web of Science” elmmetrik bazasına çıxışa dair müqavilənin imzalanma mərasimində Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova, Clarivate Analytics şirkətinin vitse-prezidenti Stephen Hawthorne iştirak ediblər.
Müqaviləyə əsasən, ilk dəfə olaraq Azərbaycanın yerli ali təhsil müəssisələri və eləcə də elmi tədqiqat institutları üçün “Web of Science” elmmetrik bazasına çıxış imkanı yaradılacaq.
İmzalanma mərasimində çıxış edən Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova əməkdaşlığın elm və təhsilə verəcəyi töhfəni xüsusi vurğulayaraq ölkəmizə aid elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verəcəyini qeyd edib.