Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Dövlət Məşğulluq Agentliyi arasında görüş keçirilib
Title

Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev və hər iki qurumun struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşün əsas mövzusu peşə hazırlığında əməkdaşlıq imkanları olub. Giriş nitqi ilə çıxış edən Sadiq Əliyev peşə hazırlığı istiqamətində aparılan islahatları qeyd edərək,  məzunların məşğulluq reytinqi platforması barədə məlumat verib.

Daha sonra çıxış edən Tural Əhmədov təhsilalanların bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi, eləcə də təhsil müəssisələrinin keyfiyyət göstəricilərinin artırılması istiqamətində sistemli işlər aparıldığını vurğulayıb.

Görüşdə əmək bazarında işəgötürənlərin tələblərinə uyğun peşəkar kadrların hazırlanması, təhsil proqramlarının, həmçinin Azərbaycanda və beynəlxalq səviyyədə qəbul edilmiş standartlara əsaslanan ali, orta ixtisas və əlavə təhsilin keyfiyyəti, qeyri-formal və informal yolla əldə olunmuş bacarıqların tanınması istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.