Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Slavyan Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev imzalayıb.
Müqavilə çərçivəsində Agentlik tərəfindən Bakı Slavyan Universitetinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dəstəyin göstərilməsi nəzərdə tutulub. Təlimlərin əsas məqsədi Bakı Slavyan Universitetinin akademik heyətinə sillabusların tərtibi, təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılması və qiymətləndirilməsinə, eləcə də inzibati və akademik heyətinə səmərəli daxili keyfiyyət təminatı sisteminin qurulmasına dair məlumatın verilməsidir.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.