Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev imzalayıb.

 

Müqavilə çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Azərbaycan Kooperasiya Universitetinə xarici keyfiyyət təminatına dair təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Azərbaycan Kooperasiya Universitetinin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatı, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumatın verilməsidir.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.