Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təlimlərə start verib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Gəncə Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqavilələri çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən təlimlərə start verilib.

 

Təlimlərin əsas məqsədi Akademiyanın və Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin təşkili, strateji idarəetmə, sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydalarına dair məlumat verməkdir. Sözügedən təlimlərdə Akademiyanın və Universitetin bir sıra inzibati və akademik heyəti iştirak edir. 

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.