Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ekspert seçimlərini davam etdirir
Title

23 yanvar 2025-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi Agentliyin inzibati binasında ali təhsil müəssisələrində  institusional və proqram akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək ekspertlərin seçimi prosesini davam etdirib. Təlimin keçirilməsində əsas məqsəd  təhsil müəssisələrinin institusional və proqram qiymətləndirilməsi işinin təşkili zamanı peşəkər ekspertlərin müəyyən edilməsi, hazırlanması, seçilməsi, onların  praktik səriştələrinin artırılması, peşəkar kommunikasiya, analitik təhlil, monitoriq və qiymətləndirmə bacarıqlarının üzə çıxarılmasıdır.

Ekspertləri salamlayan TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov ATM-lərin akkreditasiya qiymətləndirilməsinin təhsil sistemimizin ümumi inkişafına dəstək verdiyi və hər bir komissiya üzvününün bu işə verdiyi töhfənin dəyərli olduğunu bildirib. O, milli səviyyədə təhsil proqramlarının, xüsusilə İbtidai sinif müəllimliyi proqramlarının qiymətləndirilməsinin yekunlaşdırıldığını, həmçinin peşə təhsil müəssisələrində institusional qiymətləndirilmənin başlanıldığını diqqətə çatdırıb.

Təşkil edilən təlimə müxtəlif ali təhsil müəsissələrindən 8 ekspert cəlb olunub. Ekspertlər iki komanda olmaqla, şərti komissiya və ATM nümayəndələri rollarında özlərini sınayıblar. Ekspertlərin qiymətləndirilməsi Agentliyin funksional şöbələrinin akkreditasiya üzrə peşəkar mütəxəssisləri tərəfindən aparılır.