Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi beynəlxalq təşkilata üzv olub
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Beynəlxalq Kvalifikasiyaları Qiymətləndirmə Mütəxəssisləri Assosiasiyası (TAICEP) arasında adıçəkilən təşkilata tamhüquqlu üzvlük haqqında müqavilə imzalanıb.

 

TAICEP-in əsas məqsədlərinə kvalifikasiyaların tanınması sahəsində ümumi standartların inkişaf etdirilməsi və təbliği, qiymətləndirilmədə istifadə olunan nəzəriyyələrin, metodologiyaların və ən yaxşı təcrübələrin müəyyən olunaraq inkişaf etdirilməsi, bu sahədə müvafiq qruplarla əməkdaşlığın təşviqi, təlim və digər təhsil imkanlarının müəyyənləşdirilməsi daxildir.

 

Qeyd etmək lazımdır ki, Assosiasiyaya tamhüquqlu üzvlük Təhsildə Keyfiyyət Təminatı Agentliyinə beynəlxalq təşkilatda təmsil olunmaq imkanı yaratmaqla yanaşı, kvalifikasiyaların tanınması sahəsində beynəlxalq təcrübəni daha yaxından öyrənmək, təşkilata üzv olan müxtəlif ölkə təmsilçilikləri ilə çoxşaxəli və operativ əməkdaşlıq etmək, təşkilatın elektron məlumat mənbələrindən istifadə etmək, habelə, Assosiasiyanın müşavirə və konfransları vasitəsilə ölkəmizin bu sahədəki təcrübəsini beynəlxalq arenaya çatdırmaq kimi üstünlükləri özündə ehtiva edir.