Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Mühəndislik Universitetində təlim xidmətləri göstərəcək
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Bakı Mühəndislik Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən müqavilə çərçivəsində Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən Universitetin akademik və inzibati heyətinə daxili və xarici keyfiyyət təminatına dair müxtəlif başlıqlı təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərin əsas məqsədi Universitetin əməkdaşlarına daxili və xarici keyfiyyət təminatına dair geniş məlumat vermək, eləcə də daxili keyfiyyət təminatı sisteminin davamlı və dayanıqlılığına dəstək olmaqdır.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.