Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti (AKU) arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən AKU-da təlim təşkil edilib.
Azərbaycan Kooperasiya Universitetinin akademik və inzibati heyətinə xarici keyfiyyət təminatı sisteminə, eləcə də özünütəhlilin aparılması qaydalarına dair məlumat verilib. Sözügedən təlimdə AKU-nun bir sıra inzibati və akademik heyəti iştirak edib.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.