Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev Ankara şəhərinə səfər edib
Title

16-18 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev Türkiyənin Ali Təhsil Keyfiyyət Şurasının (YÖKAK) təcrübəsi ilə yaxından tanış olmaq məqsədilə Ankara şəhərinə səfər edib.

Səfər zamanı YÖKAK İdarə Heyətinin sədri, İdarə Heyətinin üzvləri və xarici keyfiyyət təminatına məsul strukturların əməkdaşları ilə görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Görüşlər zamanı, TKTA əməkdaşı və YÖKAK-dan olan tərəfdaşlar arasında akkreditasiya qiymətləndirilməsində hər iki keyfiyyət təminatı agentliyinin rolu, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrində xarici keyfiyyət təminatı ilə əlaqədar qanunvericilik tələbləri, milli qiymətləndirmə meyarları, həmçinin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlardan (ESG) irəli gələn tələblərə münasibətdə fəaliyyətlərin təşkili, daxili keyfiyyət təminatında mövcud metodologiya və yanaşmalar, tələbələrlə iş mexanizmlərinin öyrənilməsi və beynəlmiləlləşmə kimi mövzular ətrafında müzakirələr aparılıb.

S. Quliyev, həmçinin Avropa Ali Təhsil üzrə Keyfiyyət Təminatı Assosiasiyasının (ENQA) tamhüquqlu üzvü olan YÖKAK-ın ENQA-ya üzvlük təcrübəsi ilə əlaqədar icra olunmuş fəaliyyətlərlə də tanış olub.

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ali təhsildə xarici keyfiyyət təminatı ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübələrindən faydalanmaq məqsədilə cari ildə bir sıra Avropa keyfiyyyət təminatı agentlikləri ilə əməkdaşlıq mübadiləsini həyata keçirməkdədir.