Image alternative text, required
“Taninma.az” ASAP və Azərbaycan Gənclər Fonduna təqdim edilib
Title

5 avqust tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin (ASAP) təşəbbüsü ilə həyata keçirilən xarici diplomların tanınması ilə bağlı tədbirdə iştirak edib. 50 nəfərdən çox tələbənin qatıldığı tədbir onlayn və oflayn rejimdə olmaqla hibrid formatda keçirilib.

 

Tədbirin əsas məqsədi xarici diplomların tanınması qaydaları barədə tələbələrə ətraflı məlumatı vermək, bu istiqamətdə edilən dəyişikliklər və təkmilləşdirilmələri diqqətə çatdırmaq,  elektronlaşma tendensiyasını nəzərə alaraq vaxt və resurs itkisi olmadan tanınma prosesini tamamlamalarına dair tələbələrə düzgün istiqamət göstərməkdən ibarət olub.

 

Tədbiri Azərbaycanlı Tələbə və Məzunlar Platforması İctimai Birliyinin nümayəndəsi Ülkər  Qurbanova videotanıtım vasitəsilə ASAP  barədə qısa məlumat verərək açıq elan edib.

 

Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun şöbə müdiri Vüsalə Niftiyevaya gəncləri xaricdə təhsil alarkən mental dəyərlərimizi düzgün şəkildə təbliğ edərək Azərbaycanı layiqli təmsil etməyə səsləyib.

 

Tədbirdə Təhsildə  Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Aysel Kərimli xarici diplomların tanınması prosesini, statistik məlumatları, tanınma zamanı ən çox diqqət edəcəkləri məqamları tələbələrin diqqətinə çatdıraraq, mövzu ilə bağlı onları maraqlandıran  sualları cavablandırıb. O, həmçinin, bu istiqamətdə tələbələrin tanınma üzrə daha da rahat müraciət edə bilmələri üçün  www.taninma.az keçidinin istifadəyə verildiyini qeyd edib.

Belə ki, müraciətçiləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi mənbələri sayılan keçidlərdən istifadə etməyə çağıraraq, Agentliyin xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını xüsusi vurğulayıb.