Image alternative text, required
Tanınma üzrə müraciətlərin sayında rekord nəticə
Title

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 1 mart 2023-cü il tarixində qüvvəyə minmişdir.Yeni tanınma qaydaları xarici ölkələrdə əldə edilmiş təhsil sənədlərinin tanınması sahəsində mövcud olan beynəlxalq təcrübəni özündə əks etdirməklə yanaşı, əvvəlki illərdə ali təhsil sənədlərinin tanınmasından imtina rəyi almış bir çox ərizəçilərə tanınma üçün yenidən müraciət etmək imkanı yaratmışdır.

 

Məlumat üçün qeyd edirik ki, mart ayı ərzində xarici ölkələrdə əldə olunan təhsil sənədlərinin tanınması üçün müraciət edən ərizəçilərin sayı rekord həddə çatmışdır.Belə ki,mart ayı ərzində tanınma üçün 1022 ərizəçi müraciət etmişdir ki, onların 516-ı üzrə ekspertiza prosesi tamamlanmışdır. Müraciət sayının rekord həddə olmasına baxmayaraq, ekspertizası tamamlanmış müraciətlərin ortalama baxılma müddəti 10  iş günü təşkil etmişdir. Müqayisə üçün bildirmək istərdik ki, son 3 il üzrə bu göstərici ortalama 39 iş günü olmuşdur.

 

Yekun olaraq nəzərinizə çatdırırıq ki, ölkələr üzrə müraciətlərin əksəriyyətini Türkiyə Respublikasından, Rusiya Federasiyasından, Ukraynadan, Gürcüstandan və Belarus Respublikasından əldən edilən ali təhsil sənədlərinin tanınması üçün müraciət edən ərizəçilər təşkil edir.