Image alternative text, required
Sosial müdafiəyə ehtiyacı olan ərizəçilər praktiki imtahanın ikinci mərhələsində iştirak edib
Title

12-13 iyul tarixlərində sosial müdafiəyə ehtiyacı olan qadınların “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi məqsədi ilə praktiki imtahanların ikinci mərhələsi həyata keçirilib. Test imtahanı mərhələsindən uğurla keçən 13 nəfər ərizəçinin sözügedən peşə ixtisasının “Peşə etikası”, “Sahibkarlıq”, “Şəxsi inkişaf və Karyera planlaşdırılması” modulları üzrə bacarıq və səriştələri qiymətləndirilib.

 

Onlayn qaydada keçirilən praktiki imtahanlarda Qiymətləndirmə Komissiyasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi olaraq Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İdarə Heyətinin üzvü Rüfət Əliyarov, ekspert qismində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Hacıyeva Kəmalə və Əliyeva Zərifə cəlb edilib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.