Image alternative text, required
Sosial müdafiəyə ehtiyacı olan ərizəçilər praktiki imtahanda iştirak edib
Title

29-30 iyun tarixlərində sosial müdafiəyə ehtiyacı olan qadınların “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi məqsədi ilə praktiki imtahanları həyata keçirilib. Test imtahanı mərhələsindən uğurla keçən 13 nəfər ərizəçi sözügedən peşə ixtisasının “İş şәraitindә әmәk, tәhlükәsizlik vә sağlamlıq qaydaları”, Әrzaq vә qeyri-әrzaq mәhsullarının kalkulyasiyası”, “Qәnnadı müәssisәlәrindә istehsalın tәşkili vә avadanlığı”, ”Qida tәhlükәsizliyi”, “Unlu qәnnadı mәmulatlarının hazırlanma texnologiyası” və “Hesablama əməliyyatları” modulları üzrə bacarıq və təcrübələrini nümayiş etdirib.

 

 “Honey cake studio”nun istehsalat bazasında keçirilən praktiki imtahanlarda Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi olaraq Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının İdarə Heyətinin üzvü Vüsal Talıbzadə, ekspert qismində Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Gülay Quliyeva və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin riyaziyyat müəlliməsi Səidə Musayeva iştirak ediblər.  

 

Qiymətləndirmə zamanı müvafiq modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər sertifikat, bütün modullar üzrə imtahandan uğurla keçmiş namizədlər isə diplom əldə edəcəklər. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən diplom və sertifikatlar həmin şəxslərin əmək bazarına inteqrasıyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də, ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.

 

Qeyd edək ki, imtahanlar Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC arasında sosial cəhətdən həssas qruplardan olan qadınların işsizlik problemlərinin həllinə dəstək olmaq məqsədilə imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib. Belə ki, sosial müdafiəyə ehtiyacı olan ərizəçilərin imtahanlarda iştirakı üçün lazım olan xidmət haqları PAŞA Holding tərəfindən ödənilib.