Image alternative text, required
Sentyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title
  • Sentyabr ayı üzrə 310 müraciətçinin 248-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.
  • Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil  aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin  müraciəti mənfi qərarla yekunlaşmışdır.
  • Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 98, Türkiyə Respublikasından 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciətin olduğu müşahidə olunur.
  • Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınmışdır.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 18 gün təşkil etmişdir.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün  www.tanınma.az  keçidinə daxil ola bilərlər.