Image alternative text, required
“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib
Title

29 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və bp Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasına münasibətdə nəzəri imtahan keçirilib.

Qeyd edilən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində keçirilən nəzəri imtahanda uğur qazanan namizədlər “Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisasına münasibətdə müvafiq sənədlə təltif olunacaq.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün qeyd edək ki, TKTA tərəfindən təqdim edilən adıkeçən sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.