Image alternative text, required
SABAH qrupları layihəsi çərçivəsində işə yeni qəbul edilmiş müəllim heyətinə təlimlər keçirilib
Title

Elm və Təhsil Nazirliyinin 2023-cü il üzrə Fəaliyyət Planında müəyyənləşdirilmiş altfəaliyyətə uyğun olaraq SABAH qrupları layihəsinin yeni işə qəbul edilmiş müəllim heyəti üçün peşə bacarılqarının təkmilləşdirilməsi istiqamətində təlimlər keçirilib.

Təlimlər müddətində 61 müəllimə “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi qaydaları” və “Tələbəyönümlü öyrənmə, öyrətmə və qiymətləndirmə” başlıqlarına uyğun olaraq məlumatlar təqdim edilərək mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.