Image alternative text, required
Respublikamızın məktəblərində keyfiyyətin inspeksiyasına start veriləcək
Title

Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində TKTA tərəfindən 14 iyun 2021-ci il tarixindən etibarən növbəti dəfə “məktəb inspektoru” vakansiyası elan olunub.

 

Layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

 

Layihə çərçivəsində 10 mart–7 iyun tarixlərində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında  yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlim prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaqdır.

 

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul tarixinədək davam edəcəkdir. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.