Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əməliyyatçı mühasib”, “Bağban-dekorator”, “Heyvandarlıq mütәxәssisi”, “Dayə”, “Poliqrafiya üzrə dizayner” peşə ixtisasları üzrə vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınma prosesinə cəlb olunacaq ekspertlərin seçimi davam edir.
Tələblər:
- Müvafiq ixtisaslar üzrə ən azı 5 illik iş təcrübəsinə (istehsalat təcrübəsinə) və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinə sahib olmalı;
- İxtisaslar üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştəyə malik olmalı;
- Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığına malik olmalı;
- Namizədlə ünsiyyət qurma və işləmə bacarığına sahib olmalı;
- Ekspert fəaliyyət istiqaməti üzrə VÖEN-ni olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müvafiq ixtisasın modulları üzrə sual və tapşırıqların hazırlanması;
- Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;
- Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaq və maraqların toqquşmasından qaçmaq;
- Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların (imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq və Agentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq.
İş qrafiki: Ödənişli əsaslarla “Xidmət müqaviləsi” əsasında, təyin olunmuş imtahan tarixindən asılı olaraq müvafiq qrafikə uyğun olacaqdır.
Son müraciət tarixi: 10.08.2022
Müraciət etmək istəyən namizədlərin qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə etmələri xahiş olunur.