Image alternative text, required
Qismən akademik tanınma ilə bağlı müraciətlərin nəticəsinə dair RELİZ
Title

Bildiririk ki, xaricdə natamam ali təhsil alan şəxslərə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülmək üçün müraciət etmək hüququ verən qismən akademik şəhadətnamə əldə etmək məqsədilə müəyyən olunmuş 05 iyun – 09 iyul 2025-ci il tarixlərində 192 nəfər şəxsin müraciəti qeydə alınmışdır. Bunlardan 171-i barədə müsbət qərar verilərək, qazanılmış AKTTS sayının qeyd olunduğu müvafiq şəhadətnamələr təqdim edilmiş, 6 nəfərin müraciəti mənfi qərarla yekunlaşmış və 15 nəfərin sənədləri isə sənəd çatışmazlığına görə geri qaytarılmışdır.

 

Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 2 fakt üzrə dövlət nümunəli olmayan transkript (saxta transkript), 2 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 fakt üzrə  dövlət nümunəli olmayan transkript (saxta transkript) və saxta apostil, 1 fakt üzrə isə dövlət nümunəli olmayan transkript (saxta transkript) və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması təsbit edilmişdir.