Image alternative text, required
Qeyri-formal və informal təhsilin tanınması üzrə ötən il TKTA tərəfindən görülən işlərə dair RELİZ
Title

Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra-TKTA) tərəfindən həyata keçirilir.

Məlumat üçün qeyd etmək istərdik ki, 2024-cü il üzrə qeyri-formal və informal təhsilin tanınması istiqamətində sənəd əldə edən müraciətçilərin sayına münasibətdə TKTA-nın öhdələyi 2023-cü ilə (171 nəfər)  nisbətdə 10 faizlik artımla 188 nəfər təşkil etmişdir. 2024-cü il üzrə ümumilikdə 248 nəfər nəzəri imtahanda iştirak hüququ əldə etmişdir. İştirakçılardan 199 nəfər məqbul, 49 nəfər isə qeyri-məqbul nəticə göstərmişdir. Növbəti mərhələdə praktiki imtahanda iştirak edən 191 nəfər namizəddən 2 nəfər qeyri-məqbul, 189 nəfər isə məqbul nəticə göstərərək peşə ixtisasını təsdiq edən müvafiq sənəd əldə etmişdir. Bununla da, 2024-cü il üzrə Tədbirlər Planında göstərilən hədəf 100 faizlik nəticə ilə yekunlaşmışdır.