Image alternative text, required
Qeyri-formal və informal təhsilin tanınması üzrə növbəti ekspertlər sertifikatla təltif olunublar
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınmasında iştirak edən ekspertləri sertifikatla təltif edib.

Belə ki, cari ildə TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirmə və tanınması ilə bağlı ekspert bankına “Zərgər” peşə ixtisasın “Zərgərlikdə xalq yaradıcılığı” modulu, “Bitkiçilik mütəxəssisi”, “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” və “Dərzi” peşə ixtisasları üzrə çox saylı müraciətlər edlib.

Müraciətləri müsbət dəyərləndirilən ekspertlər TKTA tərəfindən təlimlərə cəlb edilib və təlimin yekununda peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi, müvafiq peşə ixtisasları üzrə sual bazasının hazırlanması həmçinin, ekspert fəaliyyətinin göstərilməsi barədə məlumatlar əldə ediblər.

Vətəndaşların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında və müvafiq peşə ixtisasları üzrə ekspert fəaliyyətinin göstərilməsində iştirak edən ekspertlər TKTA tərəfindən sertifikatla təltif edilir.

Ekspert kimi müraciət etmək istəyən yeni namizədlərin qeyd olunan keçidə daxil olaraq qeydiyyat formunu doldurmaqları xahiş olunur.