Qeyri-formal və informal təhsilin tanınması üzrə ekspertlər sertifikatla təmin olunublar

Vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınması üzrə ekspertlər sertifikatla təltif olunublar.

 

Belə ki, cari ildə 65 nəfər namizəd “Avtomobil təmiri çilingəri”, “Dərzi”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Baytar texniki”, “Heyvandarlıq mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, “Baramaçı”, “Elektrik qaz qaynaqçısı”, “Arıçı”, “Baramaçı”, “Üzümçülük və şərab ustası”, “Kran maşinisti (krançı)” və s. ixtisasları üzrə müraciət edib.

 

Müraciət edən 65 nəfər namizəddən 25 nəfəri ilkin müsahibə mərhələsindən uğurla keçmiş və qeyri-formal və informal təhsilin tanınması üzrə təşkil olunan təlimlərdə iştirak etmək hüququ qazanmışdır. Qeyd edək ki, təlimin sonunda qiymətləndirmədən məqbul nəticə əldə edən 15 nəfər ekspert sertifikatla təltif olunub.

 

Ekspert kimi müraciət etmək istəyən yeni namizədlərin qeyd olunan keçidə daxil olaraq uyğun məlumatları əlavə etməkləri xahiş olunur.

 

Qeyd: Ekspert bankına daha öncə müraciət etmiş şəxslərin yenidən müraciət etməsinə ehtiyac yoxdur.