Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirmə və tanınmasında iştirak edən ekspertləri sertifikatla təltif edib.
Belə ki, 2023-cü il ərzində TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirmə və tanınması ilə bağlı ekspert bankına “Bərbər”, “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis”, “Bitkiçilik mütəxəssisi”, “Zərgər” və “Dərzi” peşə ixtisasları üzrə çoxsaylı ekspertlər müraciət edib.
Müraciətləri müsbət dəyərləndirilən ekspertlər TKTA tərəfindən təlimlərə cəlb edilib və peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədi ilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında həmçinin, müvafiq peşə ixtisasları üzrə ekspert fəaliyyətinin göstərilməsində iştirak ediblər.
Vətəndaşların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında və müvafiq peşə ixtisasları üzrə ekspert fəaliyyətinin göstərilməsində iştirak edən ekspertlər TKTA tərəfindən sertifikatla təltif edilib.
Ekspert kimi müraciət etmək istəyən yeni namizədlərin qeyd olunan keçidə daxil olaraq qeydiyyat formunu doldurmaqları xahiş olunur.