Image alternative text, required
Qeyri-formal və informal təhsilin tanınması istiqamətində regionalarda maarifləndirmə tədbirləri aparılıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin əməkdaşı Əli Tağıyev “Norm” ASC-nin təşkilatçılığı ilə bölgələrdə “Norm Ustalar Klubu”nun üzvləri ilə keçirilən görüşlərdə iştirak edib.

Agentliyin nümayəndəsi Gəncə, Yevlax, Bərdə, Masallı, Lənkəran və Cəlilabad şəhərlərində Klubun üzvləri olan inşaat ustaları ilə görüşlərdə iştirak edərək onları qeyri-formal və informal təhsilin tanınması prosesi haqqında məlumatlandırıb və mövcud sualları cavablandırıb. Sözügedən tədbirlərdə 800-dən çox vətəndaş iştirak edib.

Qeyd edək ki, car ildə qeyri-formal və informal təhsilin tanınması istiqamətində  Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “Norm” ASC Anlaşma Memorandumu imzalanıb. Sözügedən Memoranduma əsasən “Norm Ustalar Klubu”nun formal təhsilə çıxış imkanı olmayan üzvlərinin qeyri-formal və informal yollarla əldə edilmiş  bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması prosesinin təşkil olunması, eləcə də, onlar arasında müvafiq maarifləndirmə tədbirlərinin aparılması nəzərdə tutulub. Sözügedən əməkdaşlıq çərçivəsində müxtəlif bölgələrdə yaşayan inşaat sahəsində ustalıq fəaliyyəti ilə məşğul olan vətəndaşların peşə üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi və tanınması yolu ilə onların özünüməşğulluq imkanlarının artırılması və dayanıqlı gəlir əldə etmək imkanlarının genişləndirilməsi hədəflənib.