Image alternative text, required
“Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” üzrə ekspertlər üçün təlimlər keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən cari ilin 28-30 aprel tarixlərində “Qənnadçı-şirniyyatçı”, “Ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” və “Mobil telefonların təmiri ustası” peşə ixtisasları üzrə ekspertlər üçün “Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması” mövzusunda təlimlər keçirilib.

 

3 gün davam edən təlimlərdə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 18 saylı Bakı Peşə Liseyinin müvafiq sahə üzrə ixtisaslı müəllimləri iştirak edib.

 

Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması prosesi haqqında ümumi biliklərini dərinləşdirmək, testologiya elmi ilə tanış olmaq, bu elm əsasında test və praktiki tapşırıqların tərtib edilmə yollarını araşdırmaq və qiymətləndirmə bacarıqlarını təkmilləşdirmək barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, onlayn təlimlərdə  yüksək nəticə göstərmiş  namizədlər  vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin qiymətləndirilməsi prosesində iştirak edəcəklər.