11 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadçı, şirniyyatçı” və “Zərgər” peşə ixtisasları üzrə bp Azərbaycan şirkətinin dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində nəzəri imtahan keçirilib.
“Qənnadçı, şirniyyatçı” və “Zərgər” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanda uğur qazanan namizədlər adıçəkilən peşə ixtisasları üzrə müvafiq sənədlə təltif olunacaq.
Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.
TKTA tərəfindən təqdim edilən sözügedən sənəd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.