Image alternative text, required
“Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

7-8 İyul 2025-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, Sənədin olacaq!” layihəsi çərçivəsində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə nəzəri və praktiki imtahan keçirilib.

TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən tərəfin nümayəndəsi qismində “Honey Cake studio” MMC-nin direktoru Gülnar Rəsulova, sahə üzrə müstəqil ekspert qismində isə təlimçi ekspert Kəminə Əsədova iştirak ediblər.

“Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri imtahanı uğurla keçən namizədlər “Honey Cake studio” MMC-nin istehsalat bazasına praktiki imtahana dəvət olunublar. Yekunda praktiki imtahanda uğurlu nəticə göstərən 15 namizəd peşə ixtisasının tanınmasına dair müvafiq sənəd əldə ediblər.

Qeyd edək ki, sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən diplom və sertifikat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, sahibinə peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq, eyni zamanda diplom ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur və peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək hüququ verir.