Image alternative text, required
Qənnadçı-şirniyyatçı ixtisası üzrə ərizəçilərin təltifetmə mərasimi keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən  “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri həyata keçirilib. 

 

“Balli Bisi”-nin istehsalat bazasında təşkil olunan tədbirdə Agentliyin nümayəndələri və qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilər iştirak ediblər. “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə təşkil olunan imtahanlar “Honey Cake Pastry School MMC”-nin təşkilati dəstəyi və 11 nəfər ərizəçinin iştirakı ilə həyata keçirilib.

 

Tədbirdə giriş nitqi ilə çıxış edən Agentlik nümayəndələri formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan Sənətin varsa, sənədin olacaq layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb. 

 

Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.