Image alternative text, required
Qazaxıstan Respublikasında Mərkəzi-Asiya Təhsildə Keyfiyyət Təminatı VIII Beynəlxalq Forumu keçirilmişdir
Title

4-5 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyi tərəfindən Astana IT Universitetində “İnformasiya məkanında təhsildə keyfiyyətin yüksəldilməsi ali təhsil müəssisələrinin strateji inkişaf fenomeni kimi” adlı Mərkəzi-Asiya Təhsildə Keyfiyyət Təminatı VIII Beynəlxalq Forumu keçirilmişdir.

Sözügedən tədbirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov iştirak etmişdir. Adıçəkilən tədbirdə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın (ENQA) prezidenti Duqlas Blakstok, Ali Təhsil üzrə Avropa Keyfiyyət Təminatı Reyestrinin (EQAR) prezidenti Stefan Lauvik, eləcə də dövlət rəsmiləri, Mərkəzi-Asiya ölkələrindən müvafiq ali təhsil müəssisələrinin rəhbər şəxsləri və beynəlxalq ali təhsil keyfiyyət təminatı şəbəkələrinin nümayəndələri iştirak etmişlər.

Qeyd edək ki, hər il keçirilən Forumda təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin inkişafı, xarici təhsil təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, keyfiyyət mədəniyyətinin inkişafı, elm icmasının konstruktiv inteqrasiyası və süni intellektin təhsildə keyfiyyət təminatının inkişafına təsiri haqqında müzakirələr aparılmışdır.