Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Qarabağa Qayıdış” layihəsi çərçivəsində “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Belə ki, “Honey Cake Studio”nun təşkilati dəstəyi ilə baş tutan imtahanda Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə, sahə üzrə ekspert qismində Azərbaycan Kulinariya Mütəxəssisləri Assossiyasiyasının üzvü Gülnar Rəsulova cəlb edilib.
Qeyd edək ki, “BP Exploration Caspian Sea LTD” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihədə uğurlu nəticə əldə edən ərizəçilər ilk peşə təhsili səviyyəsində diplom əldə edə və azad olunmuş ərəzilərimizdə yaradılan məşğulluq imkanlarından yararlana bilərlər.