Təhsildə Keyfiyyət Təminatı Agentliyi təşəbbüsü “BP Exploration Caspian Sea LTD”nin maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağa Qayıdış” layihəsi çərçivəsində “Plastik boru qaynaqçısı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
“KULANE” MMC-nin təlim və istehsalat bazasında baş tutan imtahanda aralarında “Vətən müharibəsi” iştirakçıları da olan ərizəçilərin praktiki bacarıqları qiymətləndirilib.
Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə Hazırlığı departamentinin müdiri Fuad Mehdizadə və “Azərsu” ASC-nin nümayəndəsi Eldar Bəşirov, sahə üzrə müstəqil ekspert qismində isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Ramil Abdullayev cəlb edilib.
Qeyd edək ki, qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər sözügedən peşə ixtisası üzrə diplomla təltif olunacaqlar.