Image alternative text, required
“Qarabağa qayıdış” layihəsi çərçivəsində bərbərlərin praktiki bacarıqları qiymətləndirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü və “BP Exploration Caspian Sea LTD” şirkətinin maliyyə dəstəyi ilə qeyri-formal və informal təhsilin tanınması fəaliyyət istiqaməti üzrə həyata keçirilən “Qarabağa qayıdış” layihəsi çərçivəsində növbəti imtahan baş tutub.

 

Belə ki, bu dəfə formal təhsil alma imkanı olmayan, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş keçmiş məcburi köçkünlər “Bərbər” peşə ixtisası üzrə praktiki bacarıqlarını nümayiş etdirib.

 

Qeyd edək ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Fuad Mehdizadə, sahə üzrə mütəxəssis Dmitriy İskakov, eskpert qismində isə daha öncə qeyri-formal və informal təhsilin tanınması prosesində iştirak etmiş və peşə ixtisasını təsdiq edən təhsil sənədi əldə etmiş Əjdər Talıbov cəlb edilib.

 

“Ş.E.R Akademiya”nın istehsalat bazasında həyata keçirilmiş imtahanda təhsil və əmək bazarı üzrə beynəlxalq ekspert Partrick Werquin müşahidəçi qismində iştirak edibdir.

 

Layihənin sonunda qiymətləndirmə prosesindən uğurla keçmiş ərizəçilər ilk peşə təhsili üzrə diplom əldə edəcəklər.