29 aprel tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Plastik boru qaynaqçısı” peşə ixtisasının 4 baza modulu üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
Belə ki, “Ana dilində ünsiyyət”, “Şəxsi inkişaf və karyera planlaşdırılması”, “Peşə etikası” və “Sahibkarlıq” modulları üzrə ərizəçilərin bacarıq və səriştələri mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq onlayn müsahibə əsasında qiymətləndirilib.
Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq “CN Group” MMC-nin baş direktoru Nicat Cəbiyev, ekspert qismində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri Hacıyeva Kəmalə və Əliyeva Zərifə cəlb edilib.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirmə aparıldıqdan sonra bütün modullar üzrə imtahandan uğurla keçmiş ərizəçilər yekunda ilk peşə təhsil səviyyəsinə bərabər diplom əldə etmək hüququ qazanacaqlar.