Image alternative text, required
“Peşəkar qadınlar” layihəsi üzrə qiymətləndirilmə davam edir
Title

“PAŞA Holding” MMC-nin maliyyə dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı və “Cake School by Emilya İsmayılova”nın təşkilati dəstəyi ilə “Peşəkar qadınlar” adlı qadınların kvalifikasiyalarının qiymətləndirilməsi və tanınması layihəsi çərçivəsində növbəti imtahan keçirilib.

 

“Peşəkar qadınlar” layihəsi çərçivəsində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınması həyata keçirilib. “Cake School by Emilya İsmayılova” ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində nəzəri imtahan prosesini uğurla tamamlayan namizədlər müəssisənin istehsalat bazasında praktiki imtahana cəlb olunublar.

 

TKTA-nın nümayəndəsi, Hüquq təminatı departamentinin direktor müavini, Hüquqi məsələlərin tənzimlənməsi şöbəsinin müdiri Sabir Mirzəzadənin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən tərəfin nümayəndəsi qismində “Cake School”un tədris işləri üzrə meneceri Vladik Qayıbov və sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspert Emilya İsmayılova iştirak edib.

 

Praktiki imtahan prosesində iştirak edən 14 nəfər qadın verilən tapşırıqları uğurla yerinə yetirərək peşə ixtisasını təsdiq edən sənəd əldə etmək hüququ əldə edib.

 

Sözügedən layihənin əsas məqsədi həssas qruplardan olan qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndiririlməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

 

Yekunda qiymətləndirilmə və tanınma prosesində uğurlu nəticə göstərmiş ərizəçilər “Qənnadçı, şirniyyatçı” ixtisası üzrə peşə ixtisası təsdiq edən sertifikatla təltif olunacaqlar.