Image alternative text, required
"Peşə təhsili müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilib
Title

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə ölkəmizin təhsil tarixində ilk dəfə olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən hazırlanmış “Peşə təhsili müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiq edilib. Adıçəkilən Meyarlar  “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu və peşə təhsil səviyyəsini tənzimləyən digər normativ hüquqi aktlar çərçivəsində hazırlanıb.

 

Tərtib edilmiş yeni “Qiymətləndirmə Meyarları” peşə təhsili müəssisələrində tədrisin keyfiyyətinin ölçülməsi məqsədilə hazırlanmışdır.

 

Qeyd edək ki, “Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndimə Meyarları” 6 istiqamət, 20 meyar və 147 indikator, “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” isə 10 meyar və 83 indikatordan ibarətdir.