Image alternative text, required
Peşə təhsili müəssisələrinin rəhbər heyətinə “Peşə təhsili müəssisələrində daxili keyfiyyət təminatı sistemi” mövzusunda təlim keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələrinin rəhbər heyətinə “Peşə təhsili müəssisələrində daxili keyfiyyət təminatı” mövzusunda təlim keçirilib.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilən təlimdə paytaxt və regionlarda yerləşən 13 peşə təhsili müəssisəsinin rəhbər heyəti eyni zamanda Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA) əməkdaşları da iştirak edib. Təlim müddətində heyət üzvlərinə “Daxili keyfiyyət təminatı”nın əhatə dairəsi həmçinin, proses əsaslı keyfiyyət təminatı mexanizmlərinin tətbiqi zamanı istifadə edilən yerli və beynəlxalq standartlar barəsində ətraflı nümunələr gətirilərək mövzu barəsində fikir mübadiləsi aparılıb.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.