Image alternative text, required
Noyabr ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Title

Noyabr ayı üzrə 624 müraciətçinin 464-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilmiş, 160 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşmışdır.

 

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 109, ekvivalent olmayan ixtisas səbəbilə 20, dövlət nümunəli olmayan diplom səbəbilə 20, akkreditasiyasız filial səbəbilə 4, təhsil forması səbəbilə 3, akkreditasiyasız ali təhsil müəssisəsi və təhsil normativi səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşmışdır.

 

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 223, Türkiyə Respublikasından 165, Ukraynadan 118, Gürcüstandan 31, Birləşmiş Krallıqdan 15, Polşa Respublikasından 13, İtaliya Respublikasından 6, Belarus Respublikasından 5, Macarıstandan 5, Almaniya Federativ Respublikasından 4, İran İslam Respublikasından 4, Çex Respublikasından 3, Kanadadan 3, Niderland Krallığından 3, Qazaxıstan Respublikasından 3, Çin Xalq Respublikasından 2, Estoniya Respublikasından 2, Şimali Kipr Türk Respublikasından 2, Litva Respublikasından 2, Moldova Respublikasından 2, Qırğız Respublikasından 2, Səudiyyə Ərəbistan Krallığından 2, Avstraliya İttifaqından 1, Əfqanıstan İslam Respublikasından 1, İsveç Krallığından 1, İsveçrə Konfederasiyasından 1, Koreya Respublikasından 1, Liberiya Respublikasından 1, Livan Respublikasından 1, Norveç Krallığından 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

 

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 54, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 37, menecment üzrə 34, biznesin idarə edilməsi üzrə 31 müraciət qeydə alınmışdır.