Image alternative text, required
Növbəti dəfə dayələr dövlət nümunəli sənədlə təltif olunub
Title

22 iyun 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində formal təhsilə çıxış imkanı olmayan dayələrin təltifolunma mərasimi keçirilib.

 

Tədbirdə Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib.

 

Eyni zamanda, tədbirdə peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti və  formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyəti ilə bağlı müzakirələrə yer ayrılıb.

 

Əlavə olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışılıb.

 

Qeyd edək ki, təltifolunmada iştirak edən şəxslərin daha öncə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin TKTA tərəfindən qiymətləndirmə və tanınması həyata keçirilib.

 

Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunub.