Image alternative text, required
“Mobil telefonların təmiri ustası” ixtisası üzrə biliklərin qiymətləndirilməsi məqsədilə imtahan keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş biliklərin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.

 

Agentliyin nümayəndəsinin sədrlik etdiyi imtahanın Qiymətləndirmə Komissiyasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı və peşəyönümü departamentinin direktoru Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində “İService” MMC-nin direktoru Akif Hacıyev iştirak ediblər. 

 

İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ əldə edəcəklər. Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Mobil telefonların təmiri ustası” peşə ixtisası üzrə diplom və sertifikatlar təqdim olunacaq.