Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisələrinə metodoloji dəstək göstərilməsi məqsədilə Milli Aviasiya Akademiyasının əməkdaşları üçün “Daxili keyfiyyət təminatı sisteminin qurulması” mövzusunda təlim təşkil olunub.
Təlim zamanı ali təhsildə daxili keyfiyyət təminatı sisteminin rolu, məqsədləri və effektiv tətbiq mexanizmləri, keyfiyyətin təminatı üzrə alətlər, eləcə də keyfiyyət dövriyyəsinin mərhələləri müzakirə olunub. İştirakçılar daxili keyfiyyət təminatı sisteminin planlaşdırılması, həyata keçirilməsi, qiymətləndirilməsi və təkmilləşdirilməsi proseslərinə dair praktiki nümunələrlə tanış olublar. Təlim TKTA-nın Təlim və metodologiya şöbəsinin əməkdaşı Vəfadar Rizvanlı tərəfindən aparılıb.
Məlumat üçün bildiririk ki, TKTA-nın Nizamnaməsinə əsasən, təhsil müəssisələrində daxili və xarici keyfiyyət təminatı sahəsində metodoloji dəstəyin göstərilməsi Agentliyin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir.

.jpeg)
.jpeg)
