Image alternative text, required
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçiriləcək
Title

Dekabrın 4-də ölkəmizdə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans təşkil olunacaq.

Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutacaq.

Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.

Beynəlxalq konfransa yerli mütəxəssislərlə yanaşı Böyük Britaniya, Estoniya və Finlandiyadan ekspertlər qatılacaqlar.

Konfrans “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyun əsaslı öyrənmə”, “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” panellərindən ibarət olacaq.

Panellərdə Kindred Erkən İnkişaf Fondunun direktoru, Ofsted-Təhsil, uşaqlara xidmət və bacarıqlar üzrə standartlar ofisinin İdarə Heyətinin üzvü, Böyük Britaniyanın Təhsil departamentinin məsləhətçisi Felesiti Gilespi, "Təbiətdə öyrənirəm”in rəhbəri, təbiət pedaqogikası üzrə təlimçi Qaye Amus, Estoniyada dövlət bağçasının müdiri Anneli Laaman, Vaşinqton Universitetinin assistent professoru Aytəkin Hüseynli, Cənubi Florida Universitetinin təhsilin idarə olunması üzrə doktorantı Lalə Orucova, Bakı şəhəri 23 saylı körpələr evi – uşaq bağçasının tərbiyəçi – müəllimi Nərmin Məhərrəmova təqdimatla çıxış edəcəklər.

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürən beynəlxalq konfrans “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.

Konfrans Təhsil TV vasitəsilə canlı yayımlanacaq.