Image alternative text, required
“Məktəb inspektoru” vakansiyası üzrə namizədlərin seçiminə yekun verilib
Title

 03 və 17 iyul tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində növbəti dəfə - 14 iyun tarixində elan olunan “məktəb inspektoru” vakansiyası üzrə yazılı imtahanlar keçirilib. İmtahanlar 10 iyul tarixinədək müraciət etmiş və vakansiya tələblərinə uyğun hesab edilən namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə təşkil olunub.

 

İmtahanlarda 220-si qadın, 115-i kişi olmaqla, ümumilikdə 335 nəfər iştirak edib. Yazılı imtahan mərhələlərindən uğurla keçən 65 namizəd müsahibə mərhələsinə dəvət olunmuş, 26 nəfər namizəd bu mərhələdən  növbəti mərhələyə uğurla keçid edib.

 

Qeyd edək ki, bütün namizədlər nəticələr barədə müvafiq qaydada məlumatlandırılıb. Müsahibədən uğurla keçən namizədlər növbəti mərhələdə təlimlərə cəlb olunacaq, təlimləri uğurla başa vuranlar isə 2021/2022-ci tədris ilinin I yarısında sınaq inspeksiyalara cəlb olunacaqlar.